Xəzər Xəbər

Alimlərdən şok açıqlama: Ölümdən 1 saat sonra...

Maraqlı | 14:48 • 5 Avqust 2022
Alimlərdən şok açıqlama: Ölümdən 1 saat sonra...

ABŞ alimləri əsaslı tədqiqata imza atıblar.

ABŞ-ın Yale Universitetinin alimləri əsaslı tədqiqata imza atıblar.

ABŞ-ın Yale Universitetinin alimləri ölü donuzun bədənində oksigenin təkrar dövriyyəsini təmin edən, ürək dayandıqdan sonra hüceyrələri və bəzi orqanları qoruyan "OrganEx” adlı sistem hazırladıqlarını açıqlayıblar.

Tədqiqata rəhbərlik edən genetika və psixiatriya professoru Dr. Nenad Sestan bununla bağlı açılama verib:

"Bizim araşdırmamız göstərir ki, ölümdən bir saat sonra belə hüceyrələrin ölümü dayandırıla bilər və bir çox həyati orqanlarda funksiyaları bərpa oluna bilər. Ölümdən sonra beyin kimi orqanlardakı hüceyrələr (insanlar da daxil olmaqla) saatlarla ölmür. Bu, ölümdən sonrakı dövrə olduqca yaxınlaşdığımızı göstərir. ."

Elm adamları donuzlardakı işlərinin nəhayət insanlara tətbiq olunacağına ümid etdiklərini söyləyiblər./azxəbər

Xəbər lenti