Xəzər Xəbər

Dediklərinin hamısı gerçəkləşən Vanqadan şok proqnoz: 2022-ci ildə....

Maraqlı | 14:40 • 26 İyul 2022
Dediklərinin hamısı gerçəkləşən Vanqadan şok proqnoz: 2022-ci ildə....

Vanqanın 2022-ci il üçün verdiyi proqnoz hər kəsi qorxudub.

Korluğuna görə "Kor Kahin" adlandırılan məşhur bolqar kahin Vanqanın proqnozları gündəmi silkələməkdə davam edir. İngiltərə mediası Vanqanın 2022-ci il üçün gündəmə gələn bəzi proqnozlarının gerçəkləşdiyini açıqlayıb. 

"Mirror” qəzeti Vanqanın "Böyük şəhərlərdə su qıtlığı və quraqlıq olacaq” proqnozunun 2022-ci ildə gerçəkləşdiyini yazıb. Son günlər Fransa, İtaliya və Portuqaliyada həddindən artıq istilərlə əlaqədar su qıtlığının yaşandığı və yerli hökumətlərin əhaliyə xəbərdarlıq etdiyi açıqlanıb. Hər iki ölkə 1950-ci illərdən bəri tarixin ən quraq dövrünə qədəm qoyub. Vanqanın 2022-ci il üçün başqa bir proqnozu bu il çoxlu zəlzələ və sunamilərin olacağı idi. Məşhur kahinin bu proqnozu da bu həftə gerçəkləşdi. Həddindən artıq yağıntılar və daşqınlar xüsusilə Avstraliya və Asiyanın bəzi yerlərində həyata mənfi təsir göstərib. Hindistan, Pakistan, Yeni Zelandiya və Avstraliyada leysan yağışlar və daşqınlar çoxlu sayda insanın ölümünə səbəb olub.

Koronavirus epidemiyasının "Omicron” variantı ilə təsirini davam etdirdiyi bir vaxtda Vanqa yeni fəlakətin siqnalını verib. Vanqa Sibirdə ölümcül bir virusun kəşf ediləcəyini açıqlayıb./azxəbər

Xəbər lenti

Çox oxunanlar