Koronovirusun yeni simptomu meydana çıxıb.
XəzərXəbər xarici mediaya istinadən xəbər verir ki, COVİD-19 pandemiyası yeni variantlarla dünyanı təsir altına almağa davam edərkən, Omicron BA.5 alt variantının simptomları ilə bağlı İngiltərədən diqqətəlayiq bir açıqlama gəlib.
Professor Luke O'Neill COVİD-in Omicron BA.5 alt variantının simptomları haqqında təəccüblü açıqlama verib. Xüsusilə Avropada sürətlə yayılan və yoluxmaların sayının yenidən artmasına səbəb olan bu alt variantın indiyə qədər pandemiyada bilinəndən fərqli əlamətlərə səbəb olduğuna diqqət çəkən ekspert onların arasında ən diqqət çəkən əlamətinin yuxusuzluq olduğunu söyləyib.
Araşdırmalarda Omicron BA.5 variantının yoluxduqdan sonra həftələrlə yayılmağa davam etdiyi və yoluxucu təsirini qoruduğu da müəyyən edilmişdir.