Xəzər Xəbər

Dünyanın ən yaşlı pandası öldü FOTO

An An adlı pandanın 35 yaşı olub
Maraqlı | 12:06 • 21 İyul 2022
Dünyanın ən yaşlı pandası öldü
Nəzarət altında olan dünyanın ən yaşlı erkək pandası 23 ildir saxlandığı Honq-Konqda əyləncə parkının zooparkında ölüb.
 
Park rəsmiləri An An adlı pandanın 35 yaşı olduğunu deyib.

Açıqlamada, üç həftədir səhhətinin pisləşdiyi və bərk yemək yeyə bilməyən pandanın daha çox əziyyət çəkməməsi üçün baytarlar tərəfindən səhər yuxuya verildiyi bildirilib.
 
Pandanın yüksək xolesteroldan əziyyət çəkdiyi qeyd edilib ki, bu da cinsin qocalma çağında tez-tez rast gəlinir.

Xəbər lenti

Çox oxunanlar