Dünyanı əhatə edən ozon təbəqəsinin günü-gündən incəlməsi dəri problemlərini artırıb.
Türkiyəli Dermatoloq Qonca Soyduru yaranan günəş şüalarının dəyişmədiyini, ancaq ozon təbəqəsinin incəldiyini bildirib.
O, insanların günəş altında gördükləri işlərinin artmasına görə, fərqli dəri problemlərinin meydana gəldiyini söyləyib:
“Xüsusilə bronzlaşma, dəniz tətilləri, açıq havada idman və fəaliyyətlər ultrabənövşəyi şüalara məruz qalmağı artırır. Təbii ki, son illər ultrabənövşəyi şüalar ilə bağlı problemlərin artdığını görürük. Əslində, bütün bunlar ozon təbəqəsi tükənməzdən əvvəl yaşadığımız problemlər idi. Ancaq əslində zərərli olan "ultrabənövşəyi" dediyimiz günəşin dalğa uzunluğu ozon təbəqəsi incəldikcə nazikləşir"./Sfera.az