Xəzər Xəbər

Alimlər Günəşin güclü zərbəsi ilə bağlı xəbərdarlıq etdi… – Təhlükəli günlərin təqvimi…

Maraqlı | 11:55 • 20 İyul 2022
Alimlər Günəşin güclü zərbəsi ilə bağlı xəbərdarlıq etdi… – Təhlükəli günlərin təqvimi…
"Günəş hissəçikləri Yerə 19 iyulda çatacaq, 20 və 21 iyuladək davam edəcək..."
 
"Alimlər G2 və G3 tipli geomaqnit qasırğalarının baş verəcəyini proqnozlaşdırıb"
 
"Günəş fəallığının 11 tsikli var, 2019-cu ildə başlanıb, 2024 və ya 2025-ci ildə Günəşin ən güclü fəallığı müşahidə ediləcək"
 
Günəş üzərində AR3058 adlı yeni ləkə əmələ gəlib, bu da kifayət qədər güclü M tipli Günəş partlayışına və kütlənin koronal püskürməsinə səbəb olub. Nəticədə Yerə doğru böyük sayda Günəş hissəcikləri yönəlib, onlar maqnit sferası ilə toqquşandan sonra G2 və ya hətta G3 tipli geomaqnit qasırğasını törədəcək. Qasırğanın başlanması artıq sabah gözlənilir.
 
XəzərXəbər xəbər verir ki, bu barədə "İnteresting Engineering" nəşri yazıb.
 
Alimlər xəbərdarlıq edir ki, yeni Günəş partlayışı nəticəsində Yer üzərinə Günəş hissəciklərinin axını ilə birbaşa güclü zərbə endiriləcək, çünki yeni AR3058 Günəş ləkəsi onun planetimizə yönələn tərəfində yerləşir. 
 
NASA-nın proqnozuna görə, Günəş hissəcikləri Yerə 19 iyulda çatacaq və orta gücündə geomaqnit qasırğa törədəcək, bu da 20 və 21 iyuladək davam edə bilər.
 
Alimlərin sözlərinə görə, Günəşdə M tipli 2.9 saylı partlayış meydana çıxıb. 
 
Xatırladaq ki, Günəşdə 5 tip partlayış olur, onlar A, B, C, M  və X adlanır. X tipli partlayış ən güclüsüdür və Yerdə ən təhlükəli hadisədir. Lakin M tipli partlayışlar öz gücünə görə X tipli partlayışdan geridə qalır. 
 
Sıra nömrəsinə gəldikdə, hər bir tip partlayışda onların səviyyəsi 1-dən 9-dək olan şkala üzrə ölçülür. Geomaqnit qasırğalarının da 5 tipi var. Alimlərin bu dəfə xəbərdarlıq etdikləri 2-ci və 3-cü tipləri qasırğanın orta gücüdür. Lakin hətta orta güclü geomaqnit qasırğası GPS və Yerdə radiorabitə sistemlərinin işində güclü fasilələrə səbəb ola bilər. Bu qasırğalar, həmçinin, elektronika və yerüstü enerji sistemlərinin işində də fasilələrə gətirib çıxara bilər. Bundan başqa, mütəxəssislər daha güclü, həm də təkcə qütb enliklərində olmayan qütb işıqlanmasını gözləyir.
 
Amerikanın qeyri-kommersiya "Aerospace Corporation" təşkilatından tədqiqatçı Tamita Skov özünün "Twitter" səhifəsində NASA-da yaradılan Yer üzərinə "Günəş zərbəsi" modelini bölüşüb.
 
Skov, həmçinin, Günəşi tədqiq edən kosmik aparatlardan ibarət təsvirləri olan video göstərib.
 
"Günəşdən uzanan uzun, ilanvari tel heyrətdoğuracaq rəqs edib. Yerə yönələn bu Günəş qasırğasını öncədən proqnozlaşdırmaq çətin olacaq. G2 (mümkündür ki, G3) səviyyəli qasırğa onun maqnit sahəsinin Cənub yarımkürəsinə doğru yönələcəyi tədqirdə baş verə bilər", - tədqiqatçı yazıb.
 
Hal-hazırda bizim ulduzumuz, demək olar ki, bir neçə ildən sonra baş verəcək fəallığının pik nöqtəsindədir. Lakin artıq ilin əvvəlindən Günəşdə daima partlayışlar və plazmanın güclü axınlarının püskürməsi baş verir ki, bunlar da heç də həmişə Yerə doğru yönəlmir.
 
İyunun sonunda Günəşdə "Günəş tornadosu" adlanan hadisə baş verib. O zaman burulğan plazmadan ayrılaraq 20 min km məsafədə kosmosa daxil olub.
 
Xatırladaq ki, Günəş fəallığının 11 tsilkli var, bu zaman ulduzumuz gah "sakitləşir", gah da "xarakterini göstərir".
 
Yeni Günəş tsikli 2019-cu ildə başlanıb, 2024 və ya 2025-ci ildə Günəşin ən böyük fəallığı müşahidə ediləcək, bu zaman Günəşdə ləkələr daha tez yaranacaq və ulduzumuzda çoxsaylı püskürmələr baş verəcək./Moderator.az 

Xəbər lenti

Çox oxunanlar