Xəzər Xəbər

“Netflix” bir milyona yaxın abunəçini itirdi

Bu barədə TASS məlumat yayıb
Maraqlı | 10:34 • 20 İyul 2022
“Netflix” bir milyona yaxın abunəçini itirdi

Amerikanın “Netflix” yayım xidməti 2022-ci ilin ikinci rübündə bir milyona yaxın ödənişli abunəçisini itirib.

Bu barədə TASS məlumat yayıb. Aprel ayında şirkətin xidmət nümayəndələri bu müddət ərzində iki milyon müştəri itirəcəklərini, bu ilin üçüncü rübündə isə ödənişli abunələrin sayının bir milyon artacağını proqnozlaşdırmışdılar.

Beləliklə, “Netflix”in auditoriyası 221,64 milyon nəfərdən 220,67 milyon nəfərə qədər azalıb. Hesabat dövründə şirkətin gəliri 7,97 milyard dollar, mənfəəti isə 1,44 milyard dollar təşkil edib.

Xatırladaq ki, “Netflix” martın 7-də Rusiyada fəaliyyətini dayandırmaq planlarını açıqlayıb. Şirkət nümayəndəsi qeyd edib ki, buna səbəb Ukraynada keçirilən xüsusi əməliyyat olub.

Xəbər lenti

Çox oxunanlar