Xəzər Xəbər

"Tiktok"da canlı yayım açıb, maaşını açıqlayan qız işdən qovuldu

Maraqlı | 18:28 • 19 İyul 2022
"Tiktok"da canlı yayım açıb, maaşını açıqlayan qız işdən qovuldu

"TikTok”da maaşını açıqlayan gənc qadın işdən qovulub.
 
Son dövrün məşhur sosial media platforması olan "TikTok”da gənc qadının maaşını izləyiciləri ilə bölüşməsi gündəmə çevrilib. Gənc qadın bu məlumatı ictimaiyyətlə paylaşdığı üçün işdən çıxarılıb.
 
Yeni bir şirkətdə işə başlayan və yeni işində 20 min dollar daha çox qazandığını və 90 min dollar gəlir əldə etdiyini açıqlayan Larsonun paylaşımı böyük marağa səbəb olub. Video qısa zamanda paylaşma rekordu qırarkən, maaşının açıqlanması işəgötürənlərini narahat edib.

Larson işə başladıqdan 2 həftə sonra işdən çıxarılıb.

Şirkət Larsonun "təhlükəsizlik problemlərinə görə" işdən çıxarıldığını açıqlayıb./azxəbər

Xəbər lenti

Çox oxunanlar