Xəzər Xəbər

Meymunçiçəyi xəstəsi danışdı: COVID-19-dan 100 dəfə...

Maraqlı | 16:53 • 18 İyul 2022
Meymunçiçəyi xəstəsi danışdı: COVID-19-dan 100 dəfə...

Türkiyə, ABŞ, İspaniya, Portuqaliya və İsrail və.s onlarla ölkədə aşkarlanan meymunçiçəyi xəstəliyi narahatlıq yaratmaqda davam edir.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, ABŞ-da müxtəlif vaxtlarda həm COVID-19, həm də meymunçiçəyi xəstəliyinə tutulan Luke Şannahan adlı şəxs yoluxmanın ağırlıq dərəcəsini müqayisə edib. “KXAS” media orqanına danışan Şannahan meymunçiçəyinin COVID-19-dan dəfələrlə şiddətli keçdiyini iddia edib.

“Meymunçiçəyi koronavirusdan 100 dəfə pis idi. Xəstəlik bir həftə əvvəl başladı, yüksək hərarət, sonra davamlı başağrısı ilə davam etdi. Limfa düyünlərim şişdi, qurbağa kimi idim. Yüksək hərarətdən sonra bədənimdə yaralar və səpgilər meydana gəldi. Ağrılarım və həssaslıq davam etdi. Bu, iynəli topla bıçaqlanmaq kimi bir hiss idi.

Bu yaxınlarda barlara getmişdim, bir neçə hovuz şənliyinə qatılmışdım. Bəlkə də ona görə xəstələndim. Ən kritik iki gecə hətta öləcəyimi düşündüm”, - xəstə etiraf edib.

Xəbər lenti

Çox oxunanlar