Hindistanın zərgərlik kompaniyasının hazırladığı üzük brilyantlarının sayına görə “Ginnesin rekordlar kitabı”na düşüb.
Xezerxeber.az xəbər verir ki, rekordlar kitabının saytında yerləşdirilən məlumata görə, “Ami” adlı üzüyün üzərində 24 min 679 brilyant var.
Zinət əşyasının dizaynın əsasını çəhrayı istiridyə göbələyi təşkil edir. Üzüyü hazırlayan “SWA Diamonds” kompaniyasının icraçı direktoru Abdul Qafur Anadian həmin göbələyin ölümsüzlük və uzunömürlülük simvolu hesab olunduğunu deyib.
Çəkisi 12 unsiya (56,7 qram) olan üzük kompaniya tərəfindən 95 min 243 dollar məbləğində qiymətləndirilib.