Xəzər Xəbər

Göldə 53 il əvvəl itirilən üzük balıqçı tərəfindən tapılıb FOTO

Maraqlı | 14:05 • 15 İyul 2022
Göldə 53 il əvvəl itirilən üzük balıqçı tərəfindən tapılıb

Kaliforniya gölündə çimərkən üzüyünü itirən alabamalı qadının zinət əşyası 53 ildən sonra göldə balıq tutan cütlük tərəfindən tapılıb.

Yerli "United Press" agentliyi yazır ki, Dana Skott Laflin 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Berriess gölündə üzərkən üzüyü suya düşüb. Onun oğlu bir neçə gün əvvəl həmin göldə balıq tutarkən üzüyü tapan və sahibini müəyyənləşdirməyə çalışan cütlükdən mesaj alıb.

Qadın fotoşəkillərə baxaraq adının baş hərflərinin və oxuduğu məktəbin adının həkk edildiyi üzüyün ona məxsus olduğunu təsdiqləyib. Tapılmış üzük poçtla sahibinə göndərilib.

Xəbər lenti

Çox oxunanlar