Vanqanın 2022-ci il proqnozu hər kəsi qorxudub.
Korluğuna görə "Kor Kahin" adlandırılan məşhur bolqar öngörücü Vanqanın proqnozları gündəmi silkələməkdə davam edir.
Vanqa 2022-ci ildə bir çox təbii fəlakətin baş verəcəyini və ölümlərin artacağını təxmin edib. Həmçinin aclıq və quraqlığın olacağını iddia edib.
Onun iddiasına görə, bu il yadplanetlilər insanlarla ünsiyyət qurmağa çalışacaqlar. Həyat axtarmaq üçün Yer kürəsinə meteoritlər göndərəcəklər.
Vanqanın ən qorxunc proqnozlarından biri də dünyada yeni ölümcül virusun yayılacağı ilə bağlıdır. Bolqar kahin bu il dünyanın ikinci ölümcül virusla sarsılacağını iddia edib./Azxəbər