Xəzər Xəbər

Xəstə sağalsa da:Virus bədəndə qalır - TƏHLÜKƏ

Maraqlı | 15:29 • 10 İyul 2022
Xəstə sağalsa da:Virus bədəndə qalır - TƏHLÜKƏ

COVID-19-a yoluxan  bəzi xəstələrdə koronavirus daha bir neçə ay bədəndə qala bilər. 

Bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Nataliya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə, bu zaman virusun daşıyıcısı sağalsa da, xəstəliyin əlamətləri davam edir.

"Bu, immunitet sisteminin xüsusiyyətləri ilə əlaqədar baş verir. Nəticədə koronavirus və ya onun fraqmentləri hüceyrələrin içərisində və ya onların səthində qalır və xəstəliyin kəskin dövrü çoxdan başa çatsa da, immunitet sisteminə təsirini davam etdirir",-deyə ekspert izah edib.

O qeyd edib ki, infeksiya əlamətləri əsasən koqnitiv pozğunluqlar şəklində ifadə edilir:

“Diqqəti cəmləmək və tez qərar qəbul etmək qabiliyyəti azalır, diqqətsizlik və süstlük artır. Yaşlılarda simptomlar pisləşə bilər və daha da sinir sistemində degenerativ proseslərin inkişafına səbəb olar”.

Sağaldıqdan sonra xəstə qulaqların tutulması, öskürək, nəfəs darlığı, həmçinin artan yorğunluqla əlaqədar narahat ola bilər. Halbuki xəstəliyin normal gedişatına xas olan dad və qoxu dəyişiklikləri daha az yaygındır.

Bu arada, Rusiyada, eləcə də bütün dünyada COVID-19-a yoluxma hallarının sayı artır. 

Mütəxəssislər payıza qədər xəstəliyin kəskin artacağını proqnozlaşdırırlar./Cebhe.info

Xəbər lenti

Çox oxunanlar