ABŞ-ın Cənubi Dakota ştatında səma yaşıl rəngə boyanıb.
Təbiət hadisəsi Cənubi Dakotada yerləşən yerləşən Siouks Fols şəhərində qeydə alınıb.
Göyün rəngi rayon sakinlərini heyrətə gətirib. Vətəndaşlar həmin anları lentə alaraq sosial şəbəkələrdə paylaşıb.ş
Mütəxəssislər bildirib ki, səmanın niyə yaşıl rəngə çevrildiyi aydın deyil, amma əsas səbəb buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meylli olması və mavi işığın gün batmasından qırmızı və sarı işıqla birləşdiyi zaman səmanın yaşıl rəngə çevrilməsidir.
Milli Meteoroloji Xidmətdən verilən açıqlamada, fırtınanın təsirli olduğu Cənubi Dakota, Minnesota və Ayova ştatlarında təxminən 30 min insanın saatlarla işıqsız qaldığı bildirilib. Açıqlamada sözügedən fırtınanın küləyin sürətinin saatda 93 kilometr olduğu qeyd edilib./Ölkə.Az