Gələcəkdə Azərbaycanda hava məlumatı üçün ayrıca tətbiq istifadəyə veriləcək.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
“Yəqin ki, yaxın gələcəkdə bizdə də belə proqramlar olacaq. Bunun üçün mobil operatorlarla danışıqlar aparılır, işlər gedir. Gələcəkdə insanlar digər proqramlar kimi həmin tətbiqi də “Google play” dən yükləyib istifadə edə biləcəklər”, - o bildirib.
Qeyd edək ki, A.Verdiyev bundan əvvəl açıqlamasında smartfonlardakı hava məlumatları ilə bağlı tətbiqlərdə qeyd olunan proqnozların qeyri-dəqiq olduğunu demişdi./Ölkə.Az