Avstraliyanın Yeni Cənubi Uels ştatında 2 nəfərə difteriya diaqnozu qoyulub.
XəzərXəbər APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, xəstəlik 2 uşaqda aşkar edilib. Onlardan biri reanimasiyaya yerləşdirilib. Pasientlərin yaxın ətrafı da müalicəyə cəlb edilib.
Qeyd olunub ki, ölkədə 1900-cü ildən sonra ilk dəfədir difteriya aşkar edilir.