Massaçusets Texnologiya İnstitutundan (MIT) bir qrup alim çəyirtkələrin qoxuya görə xərçəngi aşkar edə bildiyini müəyyən edib.
Lent.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə tədqiqat müəssisəsinin rəsmi saytında məlumat verilib.
Mütəxəssislər işin gedişində həşəratın beynini cərrahi yolla açaraq qoxuya cavabdeh olan nahiyələrə elektrodlar yerləşdiriblər. Həmçinin, institut əməkdaşları insanın ağız boşluğundan üç müxtəlif növ xərçəngli və sağlam hüceyrə yetişdiriblər. Daha sonra çəyirtkələrə nümunələri iyləmələrinə icazə verirlər. Həmçinin, institut əməkdaşları insanın ağız boşluğundan üç müxtəlif növ xərçəngli və sağlam hüceyrə yetişdiriblər. Daha sonra çəyirtkələrə nümunələri iyləmələrinə icazə verirlər.
Məlum olub ki, həşərat müəyyən hüceyrə növlərini tutanda fərqli reaksiya verir.
Elm adamları subyektlərin beyində aydın şəkildə müəyyən edilmiş dəyişiklikləri gördülər.
Bu da çəyirtkələrin qoxu duyğusundan istifadə edərək, həqiqətən də xərçəngi tanımağa qadir olduğunu göstərir.
Qeyd edildiyi kimi, bu, xərçəngin müəyyən edilməsi üçün həşəratlardan istifadə edilən ilk belə haldır.