Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.
Mənbə: İzvestiya
2022-ci il iyunun 24-nə keçən gecə Yer kürəsinin sakinləri nadir astronomik hadisənin - planetlərin paradının şahidi olacaqlar.
Günəş sisteminin yeddi planeti - Yupiter, Merkuri, Saturn, Venera, Mars, Neptun və Uran sıra ilə düzüləcək. Adı çəkilən son iki planet ən uzaqda yerləşdikləri üçün onları ancaq xüsusi aparatlarla görmək mümkündür.
O da vurğulanır ki, Ay Venera və Marsın arasında görünəcək. Ən yaxşı müşahidə vaxtı Günəş çıxmazdan yarım saat əvvəl hesab olunur.
Növbəti dəfə bu böyüklükdə səma şousu 18 ildən sonra, 8 sentyabr 2040-cı ildə baş tutacaq. Həmin vaxt Mars, Yupiter, Merkuri, Venera və Saturn bir sırada dayanacaq.
Mənbə: İzvestiya