700 illik məzarı qazan elm adamları bütün nəsli məhv edən vəbanın mənbəyini tapıblar.
700 illik Qırğızıstan məqbərələrində qazıntı aparan elm adamları 200 milyon insanın ölümünə səbəb olduğu təxmin edilən "qara vəba”nın mənbəyini müəyyən ediblər.
Bu gün koronavirus epidemiyası ilə mübarizə aparan bəşəriyyət əvvəllər bir çox xəstəliklərlə mübarizə aparmalı olub.
Bunlardan ən güclüsü 1347-1351-ci illərdə Avropada pik həddinə çatan və Şimali Afrikada 200 milyon insanın ölümünə səbəb olan "qara vəba” idi. "The Guardian” qəzetindəki xəbərə görə, "qara ölüm” adlandırılan virusun ticarət yollarına yayılması və qitələri bürüməsi nəticəsində on milyonlarla insan həyatını itirib. Epidemiyanın mənbəyini aşkar etmək üçün gərgin səylərə baxmayaraq, qəti sübutun olmaması onun niyə və necə ortaya çıxdığı suallarını cavabsız qoyub.
Leypsiqdəki Maks Plank Təkamül Antropologiya İnstitutunun professoru bununla bağlı araşdırma apardıqlarını deyib: "Biz təkcə "qara ölüm”ün əcdadını deyil, həm də bu gün dünyada dolaşan vəba növlərinin əksəriyyətinin əcdadını tapdıq". Şotlandiyanın Stirlinq Universitetinin alimi Filip Slavin bildirib ki, bu virus gəmiricilər vasitəsilə insanlara ötürülüb./azxəbər