Tanınmış həkim 2077-ci ildə ölülərlə danışmağın mümkün olacağını iddia edib.
Nyu York Şəhər Kollecində çalışan həkim Miçio Kaku elm adamlarının üzərində çalışdıqları və 2077-ci ildən sonra geniş yayılacağı gözlənilən texnologiya haqqında məlumat verib.
Miçio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü insanların əksi ilə ünsiyyət qura biləcəklər.
Kaku ölü insanların simulyasiya olaraq canlı insanın qarşısına çıxacağını və qarşısındakı şəxslə danışacaqlarını bildirib./azxəbər