Xəzər Xəbər

DİQQƏT! Bu dərmanlar xərçəngə səbəb ola bilər

Maraqlı | 14:35 • 15 İyun 2022
DİQQƏT! Bu dərmanlar xərçəngə səbəb ola bilər

Onkoloq, tibb elmləri namizədi, NAKFF klinikasının baş həkimi Anton İvanov bəzi dərmanların insanda xərçəngin inkişafına səbəb ola biləcəyini söyləyib.

XəzərXəbər Milli.az-a istinadən bildirir ki, həkim estrogen (qadın cinsi hormonları) ehtiva edən farmakoloji preparatlar insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalını artırdığını qeyd edir.

Bundan əlavə alkoqol istehlakı şişlərin (xüsusən də sinədə, bağırsaqda, qida borusunda, başda, boyunda, sidik yollarında) yaranmasına səbəb ola bilər.

Eyni zamanda siqaretçəkmə və digər mənfi vərdişlər də xərçəngə səbəb ola bilər. Qeyd edək ki, ağciyər xərçəngi həmişə yalnız siqaret çəkənlərdə özün göstərmir. Şişlər 10-25 hallarda heç vaxt siqaret çəkməyən insanlarda da meydana gəlir.

Xəbər lenti