Dünyanın BMT tərəfindən tanınan 193 ölkəsinin hamısına gedən və Blue Origin kosmik raketinin mülki ekipajının üzvü olmuş amerikalı Cim Kitçen turistlərə səfərə hazırlıqla bağlı məsləhətlər verib.
Əvvəla, 57 yaşlı sahibkar və qrup turlar təşkil edən SBT şirkətinin inkişaf etməkdə olan ölkələrə səyahət edərkən zinət əşyaları taxmamağı tövsiyə edib. Onun sözlərinə görə, bahalı zinət əşyaları oğruların və ya quldurların diqqətini cəlb edə bilər.
Bundan əlavə, mütəxəssis özünüzlə ehtiyat kredit kartı götürməyi və onu təhlükəsiz yerdə gizlətməyi məsləhət görüb.
“Həmişə ayaqqabılarımın altlıqlarının altına əlavə plastik kart qoyuram ki, oğurluq və ya başqa gözlənilməz hallar baş verərsə, pulsuz küçədə qalmayım”, - o, etiraf edib.
Kutçen həmçinin bildirib ki, o, otellərdə polyester (sintetik parça-red.) yataq dəstlərində yata bilmir, çünki bu material güclü qaşınma yaradır. Bu səbəbdən turist səfərlərdə özünüzlə evdən pambıq döşəkağı götürməyi məsləhət görür.
Sonda kişi qeyd edib ki, uzun səfərlərdə həmişə qabağ hissəsində bir neçə cibi olan şalvar və ya şortik geyinir. Orada pasportunuzu, telefonunuzu, talonunuzu, pul kisənizi qoya və lazım gələrsə, onları tez əldə edə bilərsiniz./Lent.az