Xəzər Xəbər

Fransada film kimi hadisə: Uçuş zamanı pilot yuxuya getdi, döyüş təyyarələri havaya qalxdı

Maraqlı | 15:11 • 1 İyun 2022
Fransada film kimi hadisə: Uçuş zamanı pilot yuxuya getdi, döyüş təyyarələri havaya qalxdı

İtalyan aviaşirkətinin pilotu Fransa hava məkanında hərəkəti idarəetmə mərkəzinin çağırışlarına cavab vermədiyi üçün döyüş təyyarələri terror xəbərdarlığına keçib. 

“Star” qəzeti xəbər verir ki, Nyu-York Con Kennedi Beynəlxalq Hava Limanından Roma-Fiumicino Beynəlxalq Hava Limanına uçan Airbus A330 təyyarəsi Fransa hava məkanından keçərkən hava hərəkətinə nəzarət mərkəzinin zənglərinə cavab verməyib.

Təyyarə ilə 10 dəqiqəlik təmas olmadıqdan sonra Fransanın hava idarəetmə mərkəzi həyəcan vəziyyətinə gətirilib.

Uçuşun qarşısını almaq və vəziyyəti öyrənmək üçün iki Fransız döyüş təyyarəsi təcili olaraq havaya qalxıb. Terror aktı ilə bağlı xəbərdarlıq edilib.

Peyk telefonları və sonra ACARS (Aircraft Communication Addressing and Reporting System) mesajları vasitəsilə 10 dəqiqə ərzində uçuş heyətinə çatmağa cəhd edilib. 10 dəqiqəlik sayıqlıqdan sonra uçuş heyəti ilə əlaqə yaradılıb.

Hadisənin dəqiq səbəbi nə aviaşirkət, nə də səlahiyyətlilər tərəfindən açıqlanmayıb.

Lakin hadisə ilə bağlı ilk məlumat verən İtaliyanın gündəlik qəzeti “Repubblica” hadisənin kapitanın yuxuya getməsindən sonra baş verdiyini iddia edib. Uçuş heyəti bu iddianı təkzib edərək rabitə sistemində nasazlığı əsas gətirsə də, araşdırma zamanı sistemdə hər hansı nasazlıq aşkar edilməyib.

Kapitanın yuxuya getdiyi nəhayət başa düşüldükdən sonra pilot işdən qovulub./Ölkə.Az 

Xəbər lenti