Türkiyəli məşhur aktyor Tarık Emir Tekin hərbi xidmətə yollanır.
Lent.az yerli mediaya istinadla bildirir ki, o, bu barədə sevgilisi ilə birgə restorandan çıxarkən onları qarşılayan jurnalistlərə açıqlamasında bildirib. “Kanal D” televiziyasında yayımlanan məşhur “Sadakatsız” teleserialında “Səlcuq” rolunu oynayan Tekin açıqlamasında bu həftə əsgərliyə gedəcəyini və xidmət çəkəcəyi yeri açıqlayıb:
“Bu həftə hərbi xidmətə yollanıram. Buna görə də, sevgilimlə sonuncu dəfə görüşmək üçün kafedə çay içdik”.
Jurnalistlərin harada xidmətdə olacaqsan sualına 24 yaşlı aktyor zarafatyana belə cavab verib: “Bir az uzağa düşdüm. Fənərbaxçada qalıram, amma Maltəpəyə düşdüm”.