Böyük Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton Kensinqton sarayında işləyəcək xüsusi köməkçi axtarır.
Bu barədə "Mirror” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kembric hersoginyasının bütün işlərində aktiv rol oynayacaq köməkçiyə illik 27 min 500 sterlinq maaş veriləcək. Məlumata görə, artıq 200-dən çox namizəd "LinkedIn” saytında iş elanı üçün müraciət edib.
Midltonun şəxsi köməkçisindən həftədə 37,5 saat işləmək, hersoginyanın görüşlərini təşkil etmək və tədbir təqvimini planlaşdırmaq tələb olunur. Kral protokoluna riayət etmək, qabaqcıl təşkilatçılıq bacarıqlarına malik olmaq və təzyiq altında sakit qalmaq da istəklər sırasında yer alır./Sfera.az