Xəzər Xəbər

Dəmir çatışmazlığını müəyyən etməyin ən sadə yolu

Maraqlı | 16:11 • 1 May 2022
Dəmir çatışmazlığını müəyyən etməyin ən sadə yolu

Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov orqanizmdə dəmir çatışmazlığının aşkar edilməsi yolundan danışıb. O qeyd edib ki, bunu hətta evdə də edə bilərsiniz.

“Rossiya-1” telekanalının efirində çıxış edən həkim bunun üçün çuğundur yeməyin kifayət etdiyini bildirib. 

“Bədəndə kifayət qədər dəmir yoxdursa, çuğunduru yedikdən sonra sidik solğun çəhrayı rəngə çevrilir. Bundan əlavə, buz parçasını dişləmək istəyi də həyəcan təbilindən xəbər verir. Uşaqlar ağızlarına buz qoyurlarsa, o zaman ümumi qan analizi aparılmalıdır. Uşaqda qurdlar və ya qan azlığı ola bilər”, - həkim əlavə edib./publika.az

Xəbər lenti

Çox oxunanlar