Xəzər Xəbər

Hər gün yeddi saat evini təmizləyən qadın: Bu mənim hobbimdir FOTO

Maraqlı | 15:03 • 30 Aprel 2022
Hər gün yeddi saat evini təmizləyən qadın: Bu mənim hobbimdir

Britaniyalı evdar qadın Amanda Klark hər gün mənzilində yeddi saat təmizlik işləri aparır və o, bu prosesi öz hobbisi adlandırıb.

Qadın bildirib ki, evində təmizlik işləri aparmaqdan xüsusi zövq alır.

Amanda Klark bildirib ki, evində səliqə-sahman işləri aparmaq ona hazırda həyatda olmayan anasını xatırladır:

“Anam da hər zaman evinin təmizliyinə xüsusi diqqət yetirər və bununla fəxr edərdi”.

A.Klark uşaqlıqda yataq otağını səliqəyə salmaq üçün saatlarla vaxt sərf etdiyini xatırlayır.

“Hər gün saat altının yarısında yuxudan oyanıram. Qabyuyan və paltaryuyan maşını yandırıb, robot tozsoranı işə salıram, həmçinin bütün evi tozsoranla təmizləyirəm”, - A.Klark bildirib.

Qadın deyib ki, ən sevimli işi həyətdə paltar asmaqdır. Ev işlərində bəyənmədiyi yeganə məqam isə paltarları ipdən alıb ütüləməkdir.

 

Mənbə: The Sun

Xəbər lenti

Çox oxunanlar