İndiyədək kosmosda bitki yetişdirmək üzrə təcrübələr aparılıb. Bu dəfə isə ət istehsalı üçün heyvan hüceyrələrində təcrübə keçirilib.
Keçən həftə edilən ilk təcrübələrin kosmos səyahəti sayını dəyişdirmə potensialına malik olduğu bildirilib.
Təcrübəni heyvan hüceyrələrindən ət istehsalı sahəsində çalışan İsrail mərkəzli "Aleph Farms” adlı şirkət aparır. "Aleph Farms” bu sahədə kosmosda sınaq keçirən ilk şirkətdir. Araşdırma çərçivəsində heyvanlardan alınan hüceyrələrə böyüməsi üçün lazım olan amin turşuları və karbohidratlar verilir.
Özəl sektor işçilərindən ibarət bir qrup ilk dəfə Beynəlxalq Kosmos Stansiyasını ziyarət edərək şirkətin buradakı laboratoriyasına baxış keçirib. Bildirilir ki, bu, ətraf mühit üçün faydalı olacaq və heyvandarlığın səbəb olduğu metan emissiyasını azaldacaq.
Sözügedən şirkət aprelin 8-də "Space X” raketi ilə kosmosa 4 astronavt və ayaqqabı qutusu ölçüsündə sınaq dəsti göndərmişdi. Astronavtlar dünən bu sınaq dəsti ilə birgə Yerə qayıdıblar.
Təcrübə uğurlu keçsə də, onun nə dərəcədə faydalı olacağı mübahisəli məsələ olaraq qalıb./Sfera.az