Yaponiyanın Şizuoka əyalətində yetişdirilən 1 kq çay 26 min manata satılıb.
Mövsümün ilk auksionunda həvəskarlara təqdim edilən çay səhər tezdən başlayan hərracda ən yüksək qiymətə alıcıya təqdim edilib.
Şizuoka Yapon Çay Bazarının rəhbəri yanacaq və xammal qiymətlərinin davamlı artmasına baxmayaraq, istehlakçılara ləzzətli çay təqdim etmək üçün işlərini davam etdirdiklərini bildirib.
Yapon mədəniyyətində mühüm yeri olan yaşıl çay ölkədə ən çox istehlak edilən içkilərdən biridir. Şizuoka əyaləti də məhz yaşıl çayı ilə məşhurdur, çünki ölkənin ən keyfiyyətli məhsulları bu bölgədə yetişdirilir./Sfera.az