Xəzər Xəbər

Damarlar üçün əsl dəhşətdir - Həkimdən XƏBƏRDARLIQ

Maraqlı | 10:51 • 17 Aprel 2022
Damarlar üçün əsl dəhşətdir - Həkimdən XƏBƏRDARLIQ

Arıqlamaq xolesterini həbsiz azaltmağa kömək edir. 

Bu barədə həkim və teleaparıcı Yelena Malışeva “Komsomolskaya Pravda” radiosuna danışıb. 

Mütəxəssisin fikrincə, 5% arıqladıqdan sonra qanda xolesterinin səviyyəsi ümumi rəqəmin 8 % -ə enir. 

“İkincisi, yağ yandırmağa və pis xolesterini azaltmağa kömək edən idmandır. Lakin siz müntəzəm olaraq məşq etməlisiniz: həftədə beş gün 30 dəqiqə. Qanda şəkərin səviyyəsini də aşağı salmalısınız. Şəkərin səviyyəsi ən azı 5% azalırsa, qanda xolesterin 6% azalır. Yüksək şəkər və xolesterin isə qan damarları üçün əsl dəhşətdir”, - həkim açıqlamasında bildirib.

Bundan əlavə, Malışeva düzgün qidalanmağı tövsiyə edib. Belə ki, gündə 125 qram qızılbalıq yemək qanda xolesterinin səviyyəsini 7% azaldır. /publika.az

Xəbər lenti

Çox oxunanlar