ABŞ-ın Şimali Karolina ştatında qəribə hadisə baş verib.
Yerli "United Press International" agentliyi yazır ki, ştatın Franklinton şəhərinin sakini Diana Şabrier gecə saatlarında piroq almaq üçün mağazaya üz tutub, lakin istədiyi məhsul bitdiyindən əvəzində lotereya bileti alıb.
Ertəsi günü lotereyanın nəticələrinə görə, 100 min dollar qazandığını öyrənib.
Mükafatı alan zaman o bildirib ki, qazandığı pulları ailəsinə və istədiyi piroqu almağa xərcləyəcək.