Xəzər Xəbər

Ən böyük komet kəşf edildi – 2031-ci ildə Yerə yaxınlaşacaq

Maraqlı | 12:38 • 14 Aprel 2022
Ən böyük komet kəşf edildi – 2031-ci ildə Yerə yaxınlaşacaq
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş sistemində "indiyə qədər görülmüş ən böyük komet"in kəşf edildiyini açıqlayıb.
 
NASA-nın verdiyi açıqlamada ilk dəfə 2010-cu ildə fərq edilən və varlığı Hubble Kosmik Teleskopu ilə təsdiqlənən kometin eninin 137 kilometr, çəkisinin isə təxminən 500 trilyon ton olduğu bildirilib.
 
Normaldan 50 dəfə böyük olan komet, onu kəşf edən astronomlar Pedro Bernardinelli və Qari Bernşteynin şərəfinə "Bernardinelli-Bernstein” adlandırılıb.
Kometin saatda 35 min kilometr sürətlə hərəkət etdiyi, lakin Yer üçün təhlükə yaratmadığı deyilib. Alimlər kometin 1 milyon ildən artıqdır ki, Günəşə doğru çəkildiyini düşünürlər.
 
"Bernardinelli-Bernstein”in 2031-ci ildə Yerə ən yaxın komet olacağı bildirilib. Lakin o zaman belə Kometa Yerdən 1,6 milyard kilometr aralıda yerləşəcək./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar