Xəzər Xəbər

Bill Qeyts bu layihə ilə dünyanı xilas edəcəyini deyir: “GERM” YARADILDI

Maraqlı | 16:48 • 13 Aprel 2022
Bill Qeyts bu layihə ilə dünyanı xilas edəcəyini deyir: “GERM” YARADILDI
2015-ci ildə COVID-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Bill Qeytsi tarix haqlı çıxarmışdı.
 
Kanadanın Vankuver şəhərində keçirilən "TED 2022” konfransında danışan Qeyts yenə bu mövzuda açıqlamalar verib.
 
Qeyd edək ki, koronavirus pandemiyası zamanı sui-qəsd nəzəriyyəçiləri Qeytsi hədəf almışdılar və heç bir sübut olmasa da, Qeytsin şirkətləri tərəfindən hazırlanmış mikroçiplərin peyvəndlər vasitəsilə insanlara implantasiya edildiyini iddia etmişdilər. Qeyts buna cavab olaraq bildirib:
 
""Gates” Fondu yeni peyvəndlərin ixtirasında və vaksinləri maliyyələşdirməklə çox maraqlanır. Biz bu səylərlə on milyonlarla insanın həyatını xilas etməkdən qürur duyuruq”. 
 
Etirazlara necə münasibət bəslədiyini soruşduqda, Qeyts bunun "bir az qəribə" olduğunu söyləyib. COVID-19-un son pandemiya olmaya biləcəyini dəfələrlə bildirən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul edib.
 
Lazımi addımlar atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts, qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan "GERM” komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Bu sərmayə ilə yanaşı, Qeytsin planına bütün dünyada diaqnostika və səhiyyə sistemləri üçün daha çox dəstək verilməsi daxildir. 
 
"GERM”in yeganə prioritetinin pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Qeyts, GERM komandalarının epidemioloqdan tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacağını bildirib. Qeyts qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan "GERM”in əsas məqsədinin epidemiyaların pandemiyaya çevrilməyinin qarşısını almaq olduğunu deyib.
 
Qeyts COVID-19-un yayılmasını ilk 100 gündə dayandıra bilsəydik, bu gün virusdan ölənlərin 98 faizindən çoxunun sağ qalacağı qənaətindədir. /Sfera.az

Xəbər lenti

Çox oxunanlar