Xəzər Xəbər

Biofizikdən C vitamini barədə CİDDİ XƏBƏRDARLIQ

Maraqlı | 15:40 • 18 Fevral 2022
Biofizikdən C vitamini barədə CİDDİ XƏBƏRDARLIQ

Koronavirus müalicəsində C vitamininin böyük dozada istifadəsi sağalma sürətinə müsbət təsir göstərmir və bunun əks təsirləri ola bilər.

Bu barədə RT-yə müsahibəsində “Healthnet” milli texnoloji təşəbbüsünün işçi qrupunun eksperti, biofizik Andrey Lomonosov danışıb. 

Onun sözlərinə görə, böyük dozalarda C vitamininin xəstəliyin müddətini və koronavirusun şiddətini azaltdığına dair elmi sübut yoxdur. Bundan əlavə, urolitiyaz xəstəliyinə meyilli xəstələr C vitamini istifadə edərkən daha diqqətli olmalıdırlar.

“Təhlükəsiz dozadan artıq vitamin qəbulu əks təsirlərə səbəb ola bilər. Bunlar arasında mədə-bağırsaq traktının pozulması, məsələn, mədə sancısı var. Həmçinin uzun müddət yüksək dozada C vitamini qəbulu böyrək daşlarının daha sürətli əmələ gəlməsinə kömək edir. Bu xəstəliyə meyilli insanlar üçün bilmək vacibdir. Dəmirlə birlikdə C vitamini qəbul edərkən bədəndə həddindən artıq dəmir yığılması da mümkündür”, - ekspert izah edib.

Digər soyuqdəymələrin müalicəsində vəziyyət fərqlidir. Bu vəziyyətdə, C vitamini əlavəsinin dozanın qısa müddətli artması ilə faydalı olduğu sübut edilib./publika.az

Xəbər lenti