Xəzər Xəbər

"Gizli omikron"da yeni mutasiya AŞKARLANDI

Maraqlı | 10:55 • 15 Fevral 2022
"Gizli omikron"da yeni mutasiya AŞKARLANDI

Danimarkalı alimlər "gizli omikron"da yeni mutasiya aşkar ediblər. 

Bu barədə "İzvestiya" mütəxəssislərin hesabatına istinad məlumat yayıb.

Tədqiqatçıların fikrincə, "gizli omikron" kimi tanınan "BA.2" ştammının yeni ştamı Danimarkada bütün infeksiyaların təxminən 24 faizini təşkil edir. Bu dəfə dəyişikliklər hüceyrələrdə iltihablı reaksiyalara səbəb olan və həmçinin virusun insan hüceyrəsi daxilində hərəkətinə cavabdehlik daşıyan ORF3a zülalında baş verib.

Rusiya Elmlər Akademiyasının Biokimyəvi Fizika İnstitutunun elmi işçisi Aleksandr Kudryavtsev nəşrə izah etdiyi kimi, bu zülalın effektivliyini artıran mutasiyalar koronavirusun yayılmasını artıra bilər. Eyni zamanda, o, qeyd etdi ki, "omikron" mutasiyaları ona COVID-19-un digər variantlarının antigenindən istifadə edən peyvəndlərə qarşı anticisimlər də daxil olmaqla, əvvəlki ştamlara qarşı anticisimlərdən yayınmağa imkan verir.

Eyni zamanda, mütəxəssislər mutasiyanın xəstəliyin özünün gedişatına təsir etmədiyini vurğulayıblar.

Əvvəllər İngiltərə Milli Səhiyyə Xidmətinin mütəxəssisləri gizli omikronun ilk əlamətlərinin yorğunluq və başgicəllənmə olduğunu bildirmişdilər. Həkimlərin fikrincə, başgicəllənmə gün ərzində gəlib keçə bilər. Simptom davamlı yorğunluqla müşayiət olunursa, bu, COVID-19 üçün test verməyin və bir mütəxəssisə müraciət etməyin zəruriliyini göstərir.

Xəbər lenti