Xəzər Xəbər

Təzyiqi olanların DİQQƏTİNƏ! Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

Maraqlı | 18:51 • 12 Fevral 2022
Təzyiqi olanların DİQQƏTİNƏ! Parasetamolun ölümcül təhlükəsi üzə çıxdı

Parasetamolun uzun müddət istifadəsi yüksək qan təzyiqi olan xəstələrdə ürək xəstəliyi və insult riskini artırır.

Bu barədə "Circulation" jurnalı Edinburq Universiteti mütəxəssislərinin tədqiqat məlumatlarına istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, parasetamoldan müntəzəm istifadə ürək xəstəliyi və ya insult riskini təxminən 20 faiz artırır.

Əvvəllər məlum olub ki, parasetamol qəbulu qaraciyər xəstəliklərini kəskinləşdirə bilər. Bundan əlavə, dərman qırmızı qaşınma, şişkinlik və qabıqlı, allergik dəri xəstəliyinə də səbəb ola bilər.

Parasetamol, həm də ağrıkəsici olaraq tanınır və qızdırmanın yüngül, orta dərəcələrində geniş istifadə olunur.

Mərkəzi sinir sistemində siklooksigenazı (ferment) bloklayır, ağrı və termorequlyasiya (orqanizmdəki temperaturu tənzimləyən sistem) mərkəzlərinə təsir göstərir. İltihab əleyhinə təsiri isə praktiki olaraq yoxdur.

Parasetamol həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvəzolunmaz dərmanlar siyahısına, eləcə də Rusiyanın həyati və zəruri dərmanlar siyahısına daxildir. /Gundem.az

Xəbər lenti