ABŞ-da ağ quyruqlu marallar koronavirusun "omikron" ştamına yoluxan ilk vəhşi heyvan olublar.
“Lenta.ru” saytı xəbər yayıb ki, Pensilvaniya Universitetinin alimlərinin 131 heyvandan 19-da koronavirus testinin nəticəsinin pozitiv olduğunu aşkarlayıb.
Sonrakı araşdırma "omikron"un heyvanlar arasında yayıldığını göstərib. Hazırda koronavirusun bu variantı 15 ştatdakı marallarda aşkar edilib.
Mütəxəssislər maralların COVID-19-a insanlardan yoluxduğunu müəyyən ediblər. Hazırda virusun heyvanlardan insanlara keçə biləcəyinə dair heç bir sübut yoxdur. Lakin ekspertlər belə halların koronavirusun yeni mutasiyalarına səbəb ola biləcəyindən narahatdırlar.