Rusiyalı infeksionist, tibb elmləri doktoru Nikolay Malışev bildirib ki, COVID-19 ən çox ailə daxilində yayılır, bu, yaxın təmas nəticəsində baş verir.
Malışev vurğulayıb ki, virusun ailə daxilində yayılması üçün onu haradansa gətirmək lazımdır, insanlar da əsasən ictimai nəqliyyatda yoluxurlar.
“Yoluxma məkanları əsasən dəmir yolu stansiyaları, hava limanları və xüsusən də saxlama yerləridir. Çünki orada izdiham olur, bir qayda olaraq hamı maskasız olur” - həkim bildirib./Publika.az