Fevralın 8-də "2007 UY1" adlı asteroid Yerə yaxınlaşacaq.
XəzərXəbər xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) bildiriblər.
Məlumata əsasən, asteroid Yerdən 5 milyon kilometrdən bir qədər çox məsafədən keçəcək ki, bu da Yerdən Aya qədər olan məsafənin təxminən 14 qatı ilə müqayisə oluna bilər.
Bildirilir ki, asteroidin diametri 150 metr təşkil edir. Bu o deməkdir ki, asteroid Yerlə toqquşatsa planetimizə ciddi ziyan vura bilər. Bundan əlavə, "2007 UY1" asteroidi "Aton" asteroidlər qrupuna aiddir.
Bu asteroid ilk dəfə 2007-ci ildə kəşf edilib və təhlükəli hesab edilmir. Hazırkı hesablamalara görə, onun nə vaxtsa Yerlə toqquşması ehtimalı çox azdır.