Yeni koronavirusun “omikron” ştammı “delta” ştammından əhəmiyyətli dərəcədə daha yüngül pnevmoniyaya səbəb olur.
Tokio Universitetinin Elmi Tibb üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.
Qeyd olunur ki, ekspertlər hamsterlər üzərində tədqiqatlar aparıb və müəyyən ediblər ki, “omikron” ştammı ilə yoluxma zamanı ağciyərlərin zədələnmə dərəcəsi “delta” ştammı ilə yoluxma ilə müqayisədə xeyli aşağı olur.
Ancaq o da qeyd olunur ki, hətta “omikron” ştammı vəziyyətində hamsterlər arasında ölümcül hallar qeydə alınıb.
Yapon mütəxəssisləri vurğulayırlar ki, “omikron” ştammının pnevmoniyanın daha yüngül formasına səbəb olduğu üçün sayıqlığı azaltmaq olmaz, çünki yaşlılar və xroniki xəstəlikləri olan insanlar hələ də risk altındadır.
Mənbə: TASS