Xəzər Xəbər

Həkim koronavirusdan qoruyan qidanı açıqladı

Maraqlı | 16:57 • 31 Yanvar 2022
Həkim koronavirusdan qoruyan qidanı açıqladı

Həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, peyvənd koronavirusdan qorunmağın ən etibarlı yolu olaraq qalır, lakin infeksiyaya qarşı mübarizə aparmaq üçün əlavə olaraq immun sistemini müstəqil şəkildə gücləndirə bilərsiniz.

Həkim bu barədə "Rossiya 1" telekanalının efirində danışıb. 

"COVID-19-a yoluxmamaq və ya tez sağalmaq üçün məndən nə yeməli olduğunuzu soruşsanız, cavab bu olacaq - qoz, fındıq. Orqanizmdə iltihabı azaldan qidalar var, bunların arasında qoz, fındıq xüsusilə faydalıdır, müsbət xüsusiyyətləri elmi araşdırmalarla təsdiqlənib. Bu çərəzlərin müntəzəm istifadəsi pis xolesterini azalda və ürək-damar xəstəliklərinin qarşısının alınmasında iştirak edə bilər", - həkim bildirib./Publika.az 

Xəbər lenti

Çox oxunanlar