Elmi araşdırmalar göstərir ki, bəzi yayımış vərdişlər qocalmanı tezləşdirir.
1. Eyni zamanda bir neçə işlə məşğul olmaq insanın xarici görünüşünə və bütün orqanizminə ciddi ziyan vurur. Bir neçə işlə məşğul olduqda insan ağır stressə məruz qalır. Ağır xroniki stress zamanı orqanizmdə sərbəst radikalların səviyyəsi artır. Bu molekullar hüceyrələri zədələyir və bununla da qocalmanı tezləşdirir.
2. Çoxlu şirniyyat yemək vərdişi həm artıq çəkiyə səbəb olur, həm də orqanizmi və o cümlədən dərini qocaldır, damarlarda iltihab yaradır ki, bu da aterosklerozun inkişafını sürətləndirir. Ateroskleroz isə ürək-damar sisteminin ilk düşmənidir.
3. Televizora baxmaq
Sports Medicine jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, gün ərzində orta hesabla 6 saat ərzində televizora baxan insanlar televizora az baxan insanlarla müqayisədə 5 il daha az yaşayır.
4. Kosmetika və yuyucu vasitələrdən sui-istifadə
Kosmetik vasitələrin tərkibində çoxlu sayda kimyəvi maddələr var ki, bu maddələr dərinin daha tez qocalmasına səbəb olur.
Məişətdə istifadə olunan müxtəlif yuyucu vasitələr də həm sağlamlığa mənfi təsir edir, orqanizmdə toplanır, xroniki zəhərləməyə səbəb olur, həm də insanın xarici görünüşünü korlayır.
5. Qidalanmada yağları kəskin azaltmaq
Bir çoxları "sağlamlığın qorunması" naminə yağlardan imtina edir. Lakin faydalı yağlar (kərə yağı, zeytun, qarğıdalı, günəbaxan yağları) qidalanmada mütləq olmalıdır. Yağların az olması dərinin daha tez qırışması və qocalmasına səbəb olur./Saglamolun.Az