Alimlər "Omicron" ştamının yeni simptomunu müəyyən ediblər.
XəzərXəbər lent.az-a istinadən xəbər verir ki, sözügedən simpton britaniyalı alimlər tərəfindən aşkarlanıb.
Məlum olub ki, qulaq ağrısı da "Omicron"un şərtləndirdiyi əlamətlərdəndir.
İndiyə qədər burun axması, baş ağrısı, yorğunluq, qoxu itkisi, iştahasızlıq infeksiyanın ümumi simptomları hesab edilirdisə, artıq qulaqda cingiltili səslərin eşidilməsi, ağrıların olması da bu əlamətlər arasındadır.
Hətta bəzi xəstələrdə eşitmədə problemin yaşanması "omicron"un yeganə əlaməti olub.
Alimlər xəbərdarlıq edib ki, eşitmə, başgicəllənmə və ya qulaqda cingilti ilə bağlı problemlər olduqda, bu simptomları görməməzlikdən gəlmək olmaz, dərhal testdən keçmək lazımdır.