"Koronavirusun yeni ştamları əvvəlkilər kimi ürəklə bağlı problemlərin yaranmasına səbəb ola bilər”.
Bunu açıqlamasında infeksionist Sədrəddin Soltanov deyib. Həkim koronavirusdan sağaldıqdan sonra infarkt riskinin yüksək olduğunu bildirib:
"İstər COVID-19-un ilkin variantları, istərsə də sonra yaranan mutasiyalarla bağlı təcrübə göstərdi ki, koronavirus xəstəliyi ürək əzələlərinə zərər verə və ürək funksiyalarına təsir göstərə bilər. Bununla yanaşı koronavirus infeksiyası damarların daxili səthlərinə də təsir edir ki, bu da damarların daxili səthlərinin iltihabına və damar daxilində tromb yaranmasına səbəb olur. Bu isə öz növbəsində damar tıxanıqlığına və miokard infarktı kimi halların yaşanması ilə nəticələnə bilir. Bundan əlavə, mutasiyalar müxtəlif növ aritmiyalara, yəni ürək ritminin pozulması və digər ürək xəstəliklərinə də gətirib çıxara bilir”.
İnfeksionist yoluxmadan sonra müşahidə edilən tənginəfəsliyin ürəklə bağlı problemin olmasından, eyni zamada digər xəstəliklərdən xəbər verdiyini deyib:
"Yoluxmadan sonra bir çoxları təngnəfəslik, sinə ağrısı, ürəkdöyünmələrinin artmasından narazılıq edir. Bu problemlər uzun müddətli hərəkətsizliyin və yataq rejiminin nəticəsi də daxil olmaqla digər faktorlardan qaynaqlana bilər. Lakin unutmaq olmaz ki, xəstəlik keçirdikdən sonra bu simptomların azalmaması və ya artması halında mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.Sfera.az