Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvady koronavirusun "omikron” ştamının ən çox görülən simptomunu açıqlayıb.
XəzərXəbər publika.az-a istinadla xəbər verir ki, boğaz ağrısı müsbət COVID-19 testinin nəticəsindən əvvəl "omikron” variantının əsas simtomunu göstərə bilər.
Mütəxəssis qrip və ya soyuqdəymə əlamətləri olan insanları infeksiyanın əksi sübut olunana qədər koronavirusa yoluxduğunu düşünməyə çağırıb.
Rusiyalı terapevt Yaroslav Aşixmin qeyd edib ki, "omikron”un digər ştamlardan fərqləndirmək üçün spesifik simptomları yoxdur. O qeyd edib ki, bunun üçün, eləcə də ümumilikdə koronavirus infeksiyası üçün qoxu qabiliyyətinin zəifləməsi xarakterikdir. Həm də bu, qoxuların və dadbilmənin yoxa çıxdığı bir vəziyyətdir: "Bu, yüngül soyuqdəymədir, ilk növbədə zəiflik, halsızlıq, titrəmə, hərarət hissidir. Mədə-bağırsaq traktından simptomlar ola bilər, yəni ishal. Əzələ ağrısı, öskürək, burun axması da bura daxildir”.
Mütəxəssis onu da qeyd edib ki, peyvənd olunmuş insanlarda yalnız qısamüddətli qızdırma və üşümə müşahidə oluna bilər ki, bu da bir neçə saat və ya günlərlə davam edə bilər. Onun sözlərinə görə, elə ertəsi gün insan özünü tamamilə sağlam hiss edə bilər, ancaq başqalarına yoluxdura bilən virus hissəciklərini ətrafa yaya bilər.
Allerqoloq-immunoloq Vladimir Bolibokun sözlərinə görə, "omikron” ştamı üçün tənəffüs simptomları, o cümlədən şiddətli boğaz ağrısı, burun tıxanıqlığı və quru öskürək xarakterikdir. Bundan əlavə, xəstələrdə qızdırma, zəiflik və baş ağrısı müşahidə olunur.
Mütəxəssis onu da əlavə edib ki, eyni zamanda xəstələrdə beyin dumanlanması, qeyri-müəyyən və qeyri-səlis düşüncə müşahidə oluna bilər. Bu, "omikron” variantının beyinə təsir edə biləcəyini göstərir.