Alimlər Günəşin 5 milyard ildən sonra sönəcəyini düşünürlər.
Bu da kosmik zaman miqyasında Günəşin demək olar ki, ölümün astanasında olması deməkdir.
Sonra Günəş qırmızı nəhəngə çevriləcək, nüvə sintezi vasitəsilə istilik əmələ gəlməsini dayandıracaq bu da Günəş qalaktikasındakı planetlərə birbaşa təsir edəcək.
Nüvə qeyri-sabit olmağa başladıqdan sonra Günəşin xarici təbəqələri genişlənəcək.
Bu genişlənmə Merkuri və Veneranı udacaq, şiddətli günəş küləkləri Yeri maqnit sahəsindən, atmosferdən məhrum edəcək.
Maraqlıdır, bu dəhşətli mənzərəni insanlar görməyəck. Çünki alimlərin fikrincə, bir milyard ildən sonra Yer okeanları günəş enerjisinin təsiri altında buxarlanacaq. Bu zaman Günəşin parlaqlığı da təxminən 10 faiz artacaq. Bu da canlıların zaman-zaman məhv olmasına səbəb olacaq./Redaktor.az