Xəzər Xəbər

Qrip və koronavirusa qarşı “kokteyl” peyvənd bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK

Maraqlı | 15:55 • 19 Yanvar 2022
Qrip və koronavirusa qarşı “kokteyl” peyvənd bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK

Koronavirus, qrip və RSV virusundan qoruyacaq "kokteyl” peyvənd hazırlanır. 

Moderna tərəfindən mRNA texnologiyası ilə istehsal olunacaq peyvəndin 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir. Davosdakı sessiyada çıxış edən şirkətin baş direktoru Stefan Bancel: 
 
"Məqsədimiz insanların bir mövsümdə peyvəndin bir neçə dozasını almaq istəmədiyi hallarda istifadə edilə bilən güclü mövsümi peyvənd əldə etməkdir",-deyə bildirib.
 
Qarışıq peyvəndin MRNA texnologiyası ilə hazırlanacağını bildirən Bancel, vaksinin ən yaxşı halda 2023-cü ilin payızında istifadəyə verilməsinin gözlənildiyini bildirib. 
 
Bancel, həmçinin şirkətin Omikron variantı üzərində hazırladığı peyvəndin başa çatdığını və klinik sınaqların çox yaxında başlayacağını deyib./Sfera.az

Xəbər lenti

Çox oxunanlar