Xəzər Xəbər

81 il birlikdə yaşayan cütlük möhkəm ailənin sirrini bölüşüb

Maraqlı | 09:50 • 17 Yanvar 2022
81 il birlikdə yaşayan cütlük möhkəm ailənin sirrini bölüşüb

81 il birlikdə yaşayan və ölkənin ən yaşlı evli cütlüyü kimi tanınan Böyük Britaniyalı uzunömürlülər Ron və Coys Bond möhkəm ailə münasibətlərinin sirrini bölüşüblər.

Hazırda 102 və 100 yaşında olan qocalar İkinci Dünya Müharibəsi zamanı bir-birlərinə aşiq olublar. Bunun ilk baxışdan sevgi olduğunu deyən cütlük 1941-ci ildə dərhal ailə qurub.

Uzun müddət davam edən möhkəm münasibətlərin səbəbini ər və arvad bütün bu illər ərzində sadiq olduqları bərabərlik prinsipinə bağlayıblar.

“Biz özümüzü əla hiss edirik! Münasibətimizdə heç vaxt başçı olmayıb. İkimiz də bir-birimizdən nəyisə alırıq və bir-birimizə əlimizdən gələn hər şeyi veririk”, - deyə Coys bildirib.

“Bəzən həyat çətin ola bilər. Amma biz hər şeyin öhdəsindən birlikdə gəlirik. Biz bir-birimizin qayğısına qalırıq”, - deyə Ron qeyd edib.

İndi cütlük Bukingemşirdəki “ExtraCare Shenley Wood” təqaüdçü kəndində yaşayır və burada ayrı bir mənzilə sahibdirlər.

Uzunömürlüləri tez-tez uşaqları, nəvələri və nəticələrini ziyarət edir. Evliliklərinin 80-ci ildönümü günü, 4 yanvar 2021-ci ildə onlar II Yelizavetadan şəxsi təbrik məktubu alıblar.

Mənbə: lenta.ru

Xəbər lenti

Çox oxunanlar