Balanslaşdırılmış qidalanmanın əhəmiyyətindən söz açan dietoloq Anna Konovalova orqanizmin qocalma prosesini ləngidən qidaları açıqlayıb.
Mütəxəssis bu barədə RİA Novosti-yə müsahibəsində danışıb.
“Qış dövrü ilə bağlı qidalanmadakı dəyişiklikləri nəzərə alaraq, əlbəttə ki, balıqlara diqqət yetirmək lazımdır. Tam zülal, doymamış yağ turşuları və mikroelementlərin mənbəyidir. Həftədə ən azı iki-üç porsiya 110-140 qram yemək tövsiyə olunur. Yağlı balıqlar orqanizmin sağlamlığı üçün xüsusilə faydalıdır", - dietoloq qeyd edib.
Mütəxəssis vitamin mənbəyi olan tərəvəz və meyvələrin, həmçinin doymamış yağ turşuları və mikroelementlərlə zəngin olan qoz-fındıq kimi çərəzlərin müntəzəm yeyilməsinin vacibliyini də qeyd edib./publika.az