Qahirə universitetinin elm adamları müasir tibbi cihazların köməyi ilə Misirin 1-ci kralı Amenhotepin mumiyasını araşdırmağa başlayıb.
3 min əvvəl mumiyalanan cəsədə dair diqqətçəkən məlumatlar “Frontiers of Medicine” jurnalında yayımlanıb. Araşdırmalara görə, kral b.e.ə 1525-1504-cü illərdə hakimiyyətdə olub. Amenhotepin XVIII sülalənin ilk fironlarından biri olduğu üzə çıxıb. Bildirilir ki, 1-ci kral Amenhotep fiziki olaraq atasına oxşayıb. Kiçik çənəsi və dar burnu olub. Onun ölümü barədə bədənində izə rast gəlinməyib. Lakin ölümündən sonra kralın bədənində izlər meydana gəlib. Ehtimal edilir ki, həmin izlərə səbəb mumiyadakı qızıl əşyaları oğurlamaq istəyən soyğunçular olub.
Qeyd edək ki, 1-ci kral Amenhotepin mumiyası ilk dəfə 1881-ci ildə kəşf edilib. 140 il cəsədə müdaxilə edilməyib. Elm adamları mumiyaya zərər verəcəyindən ehtiyat etdiyi üçün cəsədi bu günə qədər araşdırmamışdı./Metbuat.az